Kokpit.az bildirir ki, 24 yarışlıq mövsümdə hər maşın üçün üç daxili yanma mühərriki, üç MGU-H, MGU-K generatoru və üç turbin quraşdırıla bilər. Növbəti əvəzetmələrdə cərimələr tətbiq ediləcək.
24 yarış və altı sprint olacaq – hər bir komponent 20 məşq seansına, 10 sıralanma seansına və 6 sprint yarışına tab gətirməlidir. Belə bir yük altında hər hansı bir uğursuzluq yekunda cərimə ilə nəticələnəcəkdir.
FİA-nın motivasiyası aydındır – komandaların və istehsalçıların maliyyə sabitliyi, həm də mühərriklərin istehsalında karbon qazı emissiyalarının azaldılması.
Mənfi cəhətlər isə daha qabarıqdır – mövsüm boyu komandalar güc qurğularının tam potensialından istifadə edə bilməyəcəklər ki, bu da istər-istəməz güc balansına təsir edəcək. Təəssüf ki, start düzülüşündə yerlərin itirilməsi ilə nəticələnən cərimələr səbəbindən Formula 1 avtomobillərinin potensialı tam reallaşmayacaq…
Şərh əlavə et