Kokpit.az bildirir ki, italiyalı mütəxəssis 2021-ci ildən işlədiyi Haas-dan ayrılma qərarı alıb. Restanın Ferrari ilə müqaviləsi olsa da, “qırmızılar” onu Haas-ın İtaliyadakı ofisində işləmək üçün icarəyə vermişdi.
Lakin belə görünür ki, Simone çətin keçən 2023-cü ildən sonra Haas-da işləməkdə səbəb görmür. Amerika təmsilçisi 2023-cü ildəki yarışlarda ciddi formada təkər yeyilməsindən əziyyət çəkmişdi və yarış tempində geridə qalmışdı. Yenilik paketləri gözləntiləri qarşılamadıqdan sonra komanda konsepti dəyişməyə qərar vermiş, amma yenə də inkişaf edə bilməmişdi.
İddialara görə Simone Resta inkişaf büdcəsini 2023-cü il bolidinin birinci versiyasına xərcləmək istəyirdi, çünki maşın Ferrari kimi təkəri həddən artıq tez öldürürdü. Komandanın sahibi Cin Haas isə Red Bull-un konseptinə keçməyi tələb etmişdi. Ancaq istənilən nəticə alınmadı.
Buna görə də Restanın komandada rahat deyildi və sonda Haas-la ayrılmaq qərarına gəlib. İndi isə Simonenin hara gedəcəyi məlum deyil. Ferrayi qayıdacaq yoxsa daha əvvəl işlədiyi Sauber-ə?
Şərh əlavə et