Kokpit.az xatırladır ki, Haas komandası 2023-cü il mövsümünü sonuncu yerdə bitirmişdi. Buna baxmayaraq, hamı Ştaynerin müqaviləsinin uzadılacağını və komandada qalacağını gözləyirdi. Lakin komandanın sahibi Cin Haas belə düşünməyib.
Qeyd edək ki, Günter Ştayerdən əvvəl texniki direktor Simone Resta da Haas komandasından ayrılmışdı.
Günter Ştaynerlə Haas arasında gərginliyin olduğu hamıya məlum idi. 2023-cü ilin son yarışlarında köhnə və yeni aero paketlərin sınanması da komandadakı fikir ayrılıqlarını göstərirdi.
Günrer Ştayner bolidi təkmilləşdirmək üçün rəhbərlikdən daha çox resurs istədiyi halda, Cin Haas mövcud resursların daha faydalı işlədilməsini istəyirdi. Üstəlik komandanın mövsümü 10-cu bitirməsi gələn gəlirə ciddi anlamda zərbə vurub.
Komanda rəhbərliyi verdiyi açıqlamada bildirib ki, Komatsu komandanın strategiyasından və trasüstü performansından məsul olacaq: “Komatsu işçilərin gücləndirilmək və faydalı işləyərək komandanın potensialını yüksək səviyyəyə çıxarmaq üçün çalışacaq”.
Komatsu təşkilat və ticari cəhətdən yarışdankənar işlərə də köklənəcək və Böyük Britaniyada işləməsi gözlənilən idarəçi tərəfindən dəstəklənəcək.
Şirkətin sahibi Cin Haas verdiyi açıqlamada bildirib ki, əsas məqsədi komandanın performansını artırmaqdır: “Günter Ştaynerə son 10 ildəki işlərinə görə təşəkkürlərimi bildirərək söhbətə başlamaq istəyirəm və ona gələcək işlərində uğurlar arzulayıram.
Gördüyümüz işlərlə yanaşı tras üzərindəki performansımızı da təkmilləşdirməli idik. Ayao Komatsunun rəhbərliyə gəlməsi ilə idarəçiliyin mərkəzinə mühəndislik qoyduq.
Bəzi uğurlar əldə etdik, ancaq bir qurum olaraq daha geniş hədəflərə çatmaq üçün stabil nəticələr qazanmalıyıq. Əlimzidəki resursları faydalı istifadə etməliyik. Ancaq dizayn və mühəndislik cəhətdən inkişaf etmək uğurumuzun açarı olacaq.
Ayao ilə işləməyi və potensialımızı yüksək səviyyəyə çıxarmağı səbirsizliklə gözləyirəm. Bu hal mənim Formula1-də rəqabət etmək arzumu doğrudan da əks etdirir”.
Ayao Komatsu Haas komandasına 2016-cı ildə Renault-dan baş mühəndis kimi transfer olunub. O, Avropa mərkəzli komandada Formula1 tarixindəki ilk yaponiyalı rəhbər olacaq.
Ayao Komatsu: “MoneyGram Haas F1 komandasında rəhbər olduğum üçün təbii ki, həyəcanlanıram. Mən burada komandanın 2016-cı ildəki ilk yarışından işləyirəm. Buna görə də komandanın F1-dəki istəyinə sadiqəm. Prorqamımızı və rəqabətədavamlı əməliyyatları öz daxilimizdə idarə edərək, trasdakı performansımızı artırmağı səbirsizliklə gözləyirəm.
Biz performansa bağlı şirkətik. Sözün açığı son dövrlərdə çox rəqabətədavamlı ola bilmədik. Bu da hamımız üçün məyusedici oldu.
Cin Haasdan və müxtəlif ortaqlarımızdan çoxlu dəstək alırıq və tras üzərində inkişaf edərək, onları sevindirmək istəyirik. Kannapolis, Banbari və Maranelloda əla komandamız var və birlikdə vacib nəticələr qazana bilərik”.
Şərh əlavə et