Kokpit.az bildirir ki, Aston Martin-in Silverstoundakı yeni bazasının inşası davam edir və aerodinamik boru burada əsas amillərdən biridir.
Kollektivin bir hissəsi uzun müddətdir ki, yeni binaya köçüb və əksər şöbələr yeni binadakı işə görə şənlik keçirib. Aerodinamik borunun olduğu binanın isə payızda işə düşməsi gözlənilir.
Komanda əvvəlki illərdə Mercedes-in aerodinamik borusundan istifadə etmişdi. Lakin Aston Martin-in texniki direktoru Den Fellovz əmindir ki, öz aerodinamik boruları onlar üçün çox böyük fərq yaradacaq.
Den Fellovz: “Red Bull-da öz aerodinamik borumuz olduğu üçün işimiz daha hərtərəfli alınırdı. İndi isə yaxşı avadanlıqlarımız olsa da, aerdodinamik borunu başqası ilə bölüşməliyik. Ancaq öz aerodinamik borumuz şassi proqramından əlavə olaraq araşdırma üçün də bizə fürsət verir. Bu, yeni maşınların aerodinamikasını anlamağa kömək edəcək. Məsələn, 2026-cı il texniki reqlamentinə keçdikdən sonra işimizin əsas hissəsini təşkil edəcək. Önümüzdə maraqlı dövr var, çünki görmək istədiyimiz layihələr mövcuddur. Lakin hazırda Mercedes-in aerodinamik borusundan istifadə etdiyimiz üçün bunları etməyə vaxtımız yoxdur.
Araşdırma şöbəmiz hazırda sözün əsl mənasında həyəcandan dayana bilmir. Hamı yeni aerodinamik boruda işləmək üçün həvəslə gözləyir. Əsas sual isə odur ki, biz bütün layihələr üzərində işləməyə vaxt tapacağıq?
Hər iki vəziyyətdə də bunlar bizim üçün böyük addımlar olacaq. Düşünürəm ki, aerodinamik boru ilin sonuna kimi tamamilə fəaliyyətə başlayacaq. Belə avadanlıqlar diqqətlə sazlanmalıdırlar. İnkişaf proqramını normal apara bilmək üçün düzgün işlədiyinə əmin olmalısınız. Buna görə də bu işə diqqətlə yanaşacağıq. Sözün açığı, nə qədər tez işlətməyə başlasaq, o qədər yaxşı olacaq. Bunun faydalarını növbəti illərdə görəcəyik”.
Şərh əlavə et