Kokpit.az xatırladır ki, Williams komandası son 5 ildə ən pis dövrünü keçirir və hazırda ən az sponsoru olan kollektivlərdən biridir.
Lakin Ceyms Vavlsın gəlişindən sonra işlər nisbətən düzəlib. Komanda 2023-cü ildə 2022-ci illə müqayisədə daha yaxşı performans göstərib. Britaniya komandası Aleks Elbonun aldığl xallarla mövsümü 7-ci yerdə bağlayıb və yaxşı pullar qazanıb.
Ancaq bu halın sponsor tərəfdən necə təsiri olacağı müəmmalıdır. İlkin gələn xəbərlərə görə 2024-cü il mövsümü başlamamış üç sponsor britaniyalılarla yollarını ayırıb. Xəbərdə yazılanlara görə bu sponsorlar Acronis, Bremont və Financial Times-dır.
Qeyd edək ki, Acronis komandaya 2018-ci ildə, Bremont 2021-ci ildə, Financial Times isə 2022-ci ildə qatılıblar. Bu xəbərə baxmayaraq, Williams-ın yeni sponsorlar tapacağı gözlənilir.
Şərh əlavə et