Bamperlər və Skoda loqotipi olan radiator barmaqlığının dizaynı dəyişəcək və barmaqlıq indiki dəbə uyğun olaraq işıqlandırılacaq. İnteryerdə baş vermiş dəyişikliklər barədə heç bir məlumat yoxdur, lakin ən çox ehtimal olunan restaylinq ssenarisi, Octavia modelinin interyerinin 2023-cü ilin sonunda təqdim edilmiş yeni Superb və Kodiaq modellərindəki ilə ümumi üsluba gətirilməsidir.
Adı çəkilən modellər virtual cihazlar paneli və multimedia sisteminin cütlənmiş ekranlarını, quraşdırılmış ekranları olan Smart Dials şaybalarını, xırda əşyalar üçün saxlanc yerləri olan yeni mərkəzi tuneli və bir sıra digər dəyişiklikləri əldə ediblər.
Texniki dəyişikliklərə gəldikdə isə, Octavia modelinin mühərrik çeşidini Superb və Kodiaq ilə bölüşəcəyini gözləmək olar. Yenilənmiş Skoda Octavia haqqında bütün təfərrüatlar onun bu yaxınlarda baş tutacaq rəsmi təqdimatı zamanı açıqlanacaq – yenilənmiş liftbəkin təqdimatı 2024-cü ilin fevralında baş tutmalıdır.
Autograph.az
Şərh əlavə et