Arxa ötürməsi, 88 kilovat-saatlıq batareyası və 720 kilometrə qədər yürüş ehtiyatı olan versiyanın qiyməti 329 800 yuandan (79 100 manat) başlayır. Tamötürməli Y6 sedanının qiyməti isə, 379 800 yuan (91 100 manat) təşkil edir.
Əvvəllər elan edilmiş digər Yuanhang modelləri kimi, Y6 sedanı 800 voltluq arxitekturaya malik olan BHD (Beyond the Horizon of Drive) platformasına əsaslanır. Yuanhang Y6 modelinin təchizatına elektromexaniki Bosch iBooster əyləc gücləndiricisi, Bosch ESP 9.3 stabilizasiya sistemi, Brembo əyləc mexanizmləri, pnevmatik asqı və adaptiv amortizatorlar daxildir.
İlkin olaraq satışa, 88 və 100 kilovat-saatlıq batareyalar ilə təchiz edilmiş bir (340 at qüvvəsi, 400 Nm) və iki mühərrikli (680 at qüvvəsi, 745 Nm) versiyalar çıxarılacaqlar. Pasport “mənzili” CLTC standartına uyğun olaraq 620 ilə 810 kilometr arasındadır.
Daha sonra, Y6 modelinin modifikasiya çeşidə 150 kilovat-saatlıq batareya ilə təchiz edilmiş tamötürməli sedan əlavə olunacaq. Belə tutum Y6 sedanına dolu batareya ilə 1000 kilometrdən çox məsafə qət etməyə imkan verəcək. Üstəlik, o, çeşidin ən güclüsü olacaq: ikimühərrikli güc qurğusunun hasilatı 707 at qüvvəsi və 850 Nm fırlanma anı təşkil edəcək.
Təchizata gəlincə isə, Y6 artıq XPeng və Geely tərəfindən istifadə olunan və səkkiznüvəli Snapdragon SA8155P çipində işləyən Qualcomm rəqəmsal kokpitini, diaqonalı 17,38 düym olan mərkəzi displeyi və yarı avtopilotu əldə edib.
Bundan başqa, avadanlıq siyahısında 70-düymlük AR-HUD proyeksiya displeyi, 27 dinamikli səs sistemi, arxadakı sərnişinlər üçün əyləncə kompleksi və Face ID sistemi var. Rahatlığa akustik şüşələnmə, üç zonalı iqlimə nəzarət sistemi və yumşaq nappa dərisində üzlüklər cavabdehdir.
İkinci cərgədəki fərdi oturacaqların kürək hissəsini əyərək 145 dərəcə bucaqlı “şezlonqu” əldə etmək olar. Y6 sedanından sonra bazara daha üç Yuanhang modeli çıxmalıdır: Y7 sedanı və H8 və H9 krossoverləri.
Autograph.az
Şərh əlavə et