Xəbəri Kokpitdə Oxuyun!

Audi-nin hədəfindəki pilot kimdir?

Alpine-nin pilotu Esteban Okon 2025-ci ildə Audi-nin əsas sürücü yerlərindən birinə əsas namizədlərdəndir. Bu barədə Formula 1-in rəsmi saytının jurnalisti Lourens Barretto danışıb.

Kokpit.az mütəxəssisə istinadən xəbər verir ki, Sauber Group-un baş direktoru postunu tutan Andreas Zaydl fransız sürücünü komandasında görmək istəyir. Estebanın Alpine ilə müqaviləsi bu il başa çatır.

Xatırladaq ki, ötən il oktyabrı ayınn sonunda Audi şirkəti Formula 1-də Alfa Romeo brendi ilə yarışan Sauber ilə əməkdaşlığa başladığını elan etmişdi. Əməkdaşlıq 2026-cı il mövsümündən başlayacaq.

Xatırladaq ki, son Formula 1 mövsümünün yekununda Okon 58 xal toplayaraq ümumi sürücülər sıralamasında 12-ci yeri tutub. O, komanda yoldaşı Pyer Qaslidən geri qalıb.

Audi-nin adı daha əvvəl bir neçə sürücü ilə də hallanıb. Onların arasında Ferrari-də istədiyini əldə edə bilməyən Karlos Sayns da var…

Elçin Zodorov

Şərh əlavə et