Kokpit.az mütəxəssisə istinadən xəbər verir ki, Sauber Group-un baş direktoru postunu tutan Andreas Zaydl fransız sürücünü komandasında görmək istəyir. Estebanın Alpine ilə müqaviləsi bu il başa çatır.
Xatırladaq ki, ötən il oktyabrı ayınn sonunda Audi şirkəti Formula 1-də Alfa Romeo brendi ilə yarışan Sauber ilə əməkdaşlığa başladığını elan etmişdi. Əməkdaşlıq 2026-cı il mövsümündən başlayacaq.
Xatırladaq ki, son Formula 1 mövsümünün yekununda Okon 58 xal toplayaraq ümumi sürücülər sıralamasında 12-ci yeri tutub. O, komanda yoldaşı Pyer Qaslidən geri qalıb.
Audi-nin adı daha əvvəl bir neçə sürücü ilə də hallanıb. Onların arasında Ferrari-də istədiyini əldə edə bilməyən Karlos Sayns da var…
Şərh əlavə et