Kokpit.az xatırladır ki, Williams komandası yeni maşınını fevralın 5-də təqdim edəcək. Lakin komanda bu barədə hələ də tam açıqlama verməyib. Təqdimat Nyu Yorkda olacaq və bu şəhərin seçilməsi heç də təsadüf deyil.
Bunun üç səbəbi var: Birincisi Williams-ın sahibi Dorilton-un ofislərindən biri Nyu Yorkdadır. İkincisi Loqan Sarcentin Amerika vətəndaşı olmasıdır. Üçüncü səbəb isə Amerikada üç yarışını keçirilməsidir.
Son çıxan xəbərlərə görə təqdiman fevralın əvvəlində olduğu üçün komandanın yeni maşını tanıtması ehtimal olunmur.
Belə görünür ki, britaniyalılar mövsümöncəsi testlər başlayana kimi FW46-nın üzərində işləyəcəklər. Nyu Yorkda isə sadəcə yeni rəng çaları təqdim olunacaq.
Burada Williams-ın əsas işçiləri, idarəçiləri və sürücüləri iştirak edəcəklər. Komanda bu barədə belə açıqlama verib: “2024-cü il mövsümünün başlaması ilə bağlı keçirəcəyimiz təqdimata 1 ay qaldı. İstəyirik ki, siz də bu tədbirin bir parçası olasınız. Yeni mövsüm bizim üçün fevralın 5-də Nyu Yorkda edəcəyimiz təqdimatla başlayacaq. Təqdimatla bağlı yeniliklərdən xəbərsar olmaq üçün Williams Racing tətbiqini yükləyin”.
Qeyd edək ki, 2024-cü il maşını Ceyms Vavls rəhbərliyində düzəldilmiş ilk maşın olacaq.
Şərh əlavə et