Kokpit.az xatırladır ki, Sauber komandası 2019-2023-cü illərdə Alfa Romeo ilə tərəfdaşlıq edirdi və onun adı, rəng çalarları ilə yarışırdı. Lakin bu tərəfdaşlıq 2023-cü ilin sonunda başa çatdı və Sauber-in yeni adı Stake F1 Team oldu.
Stake və Sauber tərəfdaşlığa 2023-cü ildə başlamışdılar. Lakin Stake 2024 və 2025-ci ildə komandanın adını da satın alıb və tərəfdaşlıq daha da böyüyüb. Buna görə də komanda yeni rəng çalarına keçməlidir.
Yanvarın 6-da Stake F1 Team-in X hesabında yeni profil şəkli yüklənib. Şəkil yaşıl və qara rənglərdən ibarətdir. Bundan başqa Stake Facebook hesabında da da sorğu başladıb və bu qrafikdə də rənglər yaşıl və qara olub.
Sauber komandasının təmsilçisi Alessandro Alunni Bravi bu haqda belə danışıb: “Keçən mövsüm Stake-in Formula 1-də səyahətinə başlanğıc oldu və brendin titul tərəfdaşı kimi yeni rolu bu səyahətdə həyəcanverici növbəti addımdır.
Stake öz icmasını gücləndirmək üçün Formula1-in artan fanat bazasından uğurla yararlanmaqla yanaşı, həm də idmanı tamamilə yeni auditoriyaya təqdim etdi ki, bu da təkcə bizim komandamıza deyil, Formula1-in qalan hissəsinə də fayda verəcək.
2024-cü il yeni bir səhifədir və daha yaxşı işlər görmək üçün şanslarımız olacaq. Bu yeni mövsümdə daha həyəcanlı təqvim gözləyirik”.
Şərh əlavə et