Kokpit.az bildirir ki, ispaniyalı mütəxəssis artıq Ferrari Formula1 komandasında işləməyəcək. İtaliya mətbuatı xəbər verir ki, uzun illərdit etdiyi strategiya səhvlərinə görə tənqidlərə məruz qalan İnaki Rueda Formula1 komandası ilə əlaqəsini kəsir.
Ferrari-də işlər yenidən qurulur. Frederik Vassyör keçən il Ravin Ceyni komandaya baş strareq olaraq gətirmişdi.
Loren Mekis AlphaTauri-yə Sançez isə McLaren-ə getdikdən sonra Mattia Binottonun qurduğu komanda dağılmağa başlayıb. Binottonun komandasından indi də Rueda gedir.
Qeyd edək ki, Ruedanı vəzifəyə gətirən Binotto idi və o, ispaniyalı mühəndisin həmişə arxasında dayanırdı. Lakin keçən il Frederik Vassyör komandaya rəhbər gəldikdən sonra Ruedanın əvəzinə Ravin Ceyni gətirmişdi. Düzdür, Frederik dəfələrlə günahın bir adamda olmadığını desə də, ictimaiyyət İnaki Ruedanın ayrılmasını istəyirdi. İndi də İtaliya mətbuatı bildirir ki, ispaniyalı mütəxəssis komandadan birdəfəlik qovulacaq.
Düzdür, Ravin Ceyn gəldikdən sonra Rueda bazada başqa işdə işləməyə başlamışdı. Lakin belə görünür ki, italyanlar yenə də onun işindən narazı qalıblar.
Bəzi məlumatlara görə Rueda yenə də Ferrari-də qalacaq, amma Formula1 komandasında işləməyəcək.
Şərh əlavə et