Onun komandadan gedəcəyi, hətta Kristian Hornerlə münasibətlərinin pisləşməsi barədə söz-söhbətlər səngimək bilmirdi.
Lakin Helmut bu söhbətlərə son qoyub. Avstriyalının özü istefası ilə bağlı yayılan şayiələri təkzib edərək, müqaviləsinin yalnız 2024-cü ildə başa çatdığını və hazırda onu uzatdıqlarını bildirib.
Red Bull-un yeni sahibləri ilə görüşdə əməkdaşlığın davam etdirilməsi qərara alınıb və indi razılaşmanın detalları məlum olub. Marko ana şirkət Red Bull GmbH ilə müqavilənin uzadılması barədə razılığa gələrək daha üç il komandada qalacaq.
Qeyd edək ki, Helmut Marko Red Bull şirkətinə 25 il əvvəl Mateşiçin dəvəti ilə gənclərin yarış proqramına nəzarət etmək üçün qoşulub. Komandanın F1-dəki uğurlarına pilot seçimləri ilə öz töhfəsini verib. Sırf onun süzgəcindən keçən sürücülər hazırda peletonunəhəmiyyətli hissəsini təşkil edir. Onlara Ferstappen, Sayns, Qasli, Tsunoda, Rikkardo, Elbon kimi sürücüləri misal göstərmək olar.
Xatırladaq ki, Red Bull ilə ardıcıl 4 titul qazanmış Sebastyan Fettel də məhz onun yetirməsi sayılır. Zaman-zaman həm öz, həm rəqib komandaların sürücüləri barədə verdiyi kəskin açıqlamalar yaşlı mütəxəssisin hər zaman gündəmdə qalmasına səbəb olur.
Şərh əlavə et