Xəbəri Kokpitdə Oxuyun!

Red Bull çarpma testindən keçə bilməyib

Red Bull komandasının 2024-cü il bolidinin şassisi çarpma testini keçə bilməyib. Şassinin burnu ağırlığı yetərincə dəf edə bilməyib.

Kokpit.az bildirir ki, Red Bull RB20-nin ağırlığını azaltmaq üçün əlindən gələni edirdi. Test əlavə karbon örtüklə təkrarlanacaq. Lakin FİA-nın icbari qış tətili işləri daha da qəlizləşdirir.

FİA-nın tətbiq etdiyi icbari qış tətilinə görə işçilər ən az yanvarın 1-ə qədər işləməməli idilər. Belə anda Red Bull-un çarpma testindən keçə bilməməsi işləri qarışdırıb.

Qeyd edək ki, Red Bull RB19 ilə 2023-cü ildə 22 yarışın 21-də qalib gəlmişdi. Lakin RB20-nin ilk versiyası öndən çarpma testində uğursuz olub.

Avstriya komandası yeni ildən əvvəl RB20-ni çarpma testindən keçirib, rəsmi razılıq almaq istəyirdi, amma bu mümkün olmayıb. Bu problemin bolid təqdimatına təsir edib-etməyəcəyi məlum deyil. Red Bull komandası rəsmi təqdimat tarixini hələ açıqlamayıb. Buna baxmayaraq, Red Bull komandası belə problemləri həll etməkdə ustadır. Yəni ki, bu hadisənin 2024-cü il mövsümünə təsiri gözlənilmir.

Rauf Hacıyev

Şərh əlavə et