Xəbəri Kokpitdə Oxuyun!

Ferrari çarpma testindən keçib

Ferrari komandası 2024-cü il maşınını uğurla çarpma testindən keçirib.

Kokpit.az bildirir ki, Ferrari-nin yeni bolidinin bütün gövdəsi çarpma testlərindən uğurla keçib və 2024-cü ilin şassisi FİA tərəfindən rəsmi təsdiq alıb. Bu xəbər FİA-nın icbari qış tətilindən sonra gəldi.

Enriko Kardilin idarə etdiyi mühəndislər qrupu işi proqrama uyğun görürlər. Onlar artıq yeni şassi düzəltməkdənsə digər sahələrə yönlənə biləcəklər.

2022-ci ilin Britaniya yarışında Quanyu Çjou qəza etdikdən sonra FİA statik test yüklərini artırıb. Bundan sonra həm şassilərin, həm də testlər 2023-cü ilə nisbətdə fərqli idi.

Ferrari-nin 2024-cü il bolidi fevralın 13-də Fyoranoda tədqim ediləcək və reklam çəkilişi üçün həmin şəhərin trasında 200 km-lik testə çıxacaq. İki sürücünün də çəkiliş günündə bolidi sürməsi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et