Kokpit.az xatırladır ki, Aston Martin komandası 2023-cü ildə yaxşı çıxış etmiş və 8 dəfə podiuma yüksəlmişdi. Düzdür, “yaşıllar” mövsümə yaxşı başlamışdılar, amma mövsümün ikinci yarısında komanda geriləmiş və mövsümü 5-ci yerdə bitirmişdilər. Lakin komandanın gördüyü işlər müsbət yöndədir.
Aston Martin keçənilki bolidini fevralın 13-də təqdim etmişdi. Lakin bu il belə olmayacaq. Ayın 13-də Ferrari 2024-cü il maşınını təqdim edəcək.
Britaniya mətbuatı bildirir ki, Aston Martin fevralın 12-də təqdim ediləcək. Britaniya komandası təqdimatdan sonra çəkiliş günü üçün trasa çıxacaq və 200 km-lik test edəcək. Bu testin zamanı və məkanı hələ məlum deyil.
Ancaq qəti olan şey odur ki, komandanın yeni adı olacaq. Artıq Cognizant şirkətinin adı komandanın adında yoxdur. Aston Martin uzun illərdir ki, ona dəstək verən Cognizantla yollarını ayırıb. “Yaşıllar”ın yeni titul sponsoru Aramco olacaq.
Komandanın adı yanvarın 1-dən Aston Martin Aramco Formula One Team olaraq dəyişilib.
Şərh əlavə et