Kokpit.az xatırladır ki, iki fransalı sürücü uşaqlıqdan tanışdırlar. Onlar Normandiyada uşaqlıqda birlikdə kartinqə gedub və demək olar ki, birlikdə böyüyüblər.
Lakin sonradan onların araları dəyib. Hətta Alpine komandası keçən il Pyer Qaslini transfer etmək istəyəndə iki sürücünün yola getməməsindən qorxurdular.
Pyer Qasli: “Milliyətin bununla əlaqəsi yoxdur. Aramızdakı hadisələr həyatlarımızın hekayəsidir. Ancaq komanda yoldaşı kimi yola gedirik, çünki ikimiz də qalib gəlmək istəyirik. Bu da ancaq komanda kimi hərəkət etsəniz, mümkün ola bilər.
Esteban ilə şəxsi zəmində münasibətimiz yoxdur. Mənim üçün əsas odur ki, Esteban komanda üçün mümkün qədər çox işləsin. Bu mənim üçün yetərlidir.
Mən hamını məğlub etmək istəyirəm. Hədəfim yalnız Okon deyil. Əgər hamını qabaqlasam, onu da məğlub edərəm. Bunu etmək üçün duelə çıxmamalıyam. Özümə fokuslanmalıyam”.
Son mövsüm Alpine komandası üçün çətin keçib və Renault-ya bağlı olan komanda mövsümü 2022-ci ilə nisbətən iki pillə arxada – 6-cı yerdə bitirib.
Pyer Qasli: “Xüsusilə elektrik enerjisi cəhətdən geridəyik. Amma aerodinamik inkişaf cəhətdən hədəflərimizi qaçırdıq. Bəzi şeylərdə inkişaf etsək də, McLaren ilə müqayisə oluna bilmərik.
Aston Martin mövsümə bizdən yaxşı başlasa da, bəzi yarışlarda onlarla yaxınlaşdıq və bu da inkişafımızı göstərir. Yenə də onlara istədiyimiz qədər yaxınlaşa bilmədik”.
Şərh əlavə et