Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen Avropada ikinci olub

Xeyr, söhbət hansısa avtoyarışdan getmir, həm də biz Maksı yarışlarda ikinci görməyi unutmuşuq. O, səsvermədə Avropanın ən yaxşı ikinci idmançısı seçilib.

Kokpit.az xəbər verir ki, hər il yeni il ərəfəsində Avropanın 27 xəbər agentliyi ən yaxşı idmançını müəyyən etmək üçün səsvermə keçirir.

Builki səsvermənin nəticələrinə əsasən, tennisçi Novak Cokoviç Avropanın ən yaxşı idmançısı seçilib, Maks Ferstappen isə ikinci yerdə qərarlaşıb. Maraqlıdır ki, ilk beşlikdə futboldan da cəmi bir nəfərin adı var…

S İdmançı Ölkə İdman növü
1 Novak Djokoviç Serbiya tennis
2 Maks Ferstappen Niderland Formula 1
3 Armand Dyuplantis İsveç hündürlüyə tullanma
4 Erlinq Holand Norveç futbol
5 Nikola Yokiç Serbiya basketbol

Elçin Zodorov

Şərh əlavə et