Kokpit.az xatırladır ki, niderlandlı sürücü artıq 54 yarış və 3 Dünya Çempionluğu qazanıb. F1 tarixinin ən çox çempion olan sürücüləri isə Mixael Şumaxerlə Lyuis Həmiltondur. Onlar hərəyə 7 titul qazanıblar.
Formula1 2026-cı ildə yeni reqlamentə keçəcək və Red Bull o vaxta qədər bu indiki üstünlüyünü qorusa, Ferstappen əksər statistikalarda Mixaellə Lyuisə çata bilər.
Helmut Marko: “Bu mövzuda Maksa güvənirəm. Yenə də Dünya Çempionu olacaq. Sadəcə builki kimi 22 yarışlıq təqvimin 21-də qalib gəlmək artıq mümkün olmayacaq.
Əla maşınımız və yüksək motivasiyalı komandamız var. Bu hegemonluq üçün çox vacibdir. Məsələn, Serxio Peres ən yaxşı sürücülərdən olsa da, çox pis performans göstərdiyi deyildi. Amma o, yüzilin ən istedadlı sürücüsü ilə komanda yoldaşı olduğu üçün şanssızdır”.
Şərh əlavə et