Xəbəri Kokpitdə Oxuyun!

Bentley xüsusi bal hazırlayıb

Bununla belə, bu balı satın almaq mümkün deyil.

2019-cu ildə Çeşir qraflığının arıçılarının dəstəyi ilə Bentley şirkətinin Krudakı baş ofisinin kampusunda iki pətək quraşdırılmışdı. Hazırda bu pətəklərin sayı 17-yə çatıb və bu koloniyada bir milyondan çox arı yaşayır.

Britaniya istehsalçısı Pims Leyndə quraşdırılmış ilk iki pətəkdən bal toplayıb və onu Black Edition Label adlı məhdud tirajla buraxılacaq partiyaya çevirib. Eksklüziv baldan cəmi 500 banka hazırlanacaq. Qalan 15 pətəkdən isə, 1000 banka “adi” bal toplanıb.

“Black Edition Label balı çox eksklüzivdir və biz onu satmırıq – o, korporativ, müştəri ziyarətləri və xeyriyyə tədbirlərində, həmçinin həmkarlarımızın mükafatlandırılması məclislərində təqdim edilir”, – deyən Bentley Motors şirkətinin istehsalın planlaşdırması üzrə direktoru Sebastyan Benndorf bildirib.

“Hesab edirik ki, bu, insanları ekologiyanın əhəmiyyəti və arıların bu sahədə oynadıqları rol haqqında danışmağa məcbur etməyin maraqlı bir üsuludur”, – Benndorf qeyd edib. Balın məhdud tirajının buraxılması münasibətilə Bentley dizaynerləri qeyri-adi məhsul üçün rebrendinqi həyata keçirərək, yeni firma qablaşdırmasını hazırlayıblar.

Autograph.az

Rauf Hacıyev

Şərh əlavə et