Kokpit.az xatırladır ki, almaniyalı sürücü növbəti mövsümdən etibarən WEC-də çıxış edəcək və o, Alpine komandasının şərəfini qoruyacaq.
24 yaşlı pilot həm də Mercedes Formula1 komandasının ehtiyat sürücüsüdür.
Qeyd edək ki, Mik 2021-ci ildə Haas komandası ilə Formula1-də debüt etsə də, 2022-ci ilin sonunda komandadan göndərilmişdi.
Berni Ekklstoun: “Mik səhv yerdə idi. Ferrari Akademiyası da ona kömək etmədi. Red Bull onun karyerasını çox yaxşı idarə edə bilərdi. Orada olsaydı, onu zirvəyə qaldırmaq üçün kömək edərdilər.
Lakin təslim olmamalı və mübarizəyə davam etməlidir. Hələ də yaxşı performans göstərəcək səviyyədə olduğunu isbatlamalıdır. Ən yaxşı halda insanlar onu görəcək və “ona ehtiyacımız var” deyəcəklər.
Soyadını unutmalı və özbaşına qabağa getməlidir. Gələn il etibarlılıq yarışlarında iştirak etmək indiki halda ən yaxşı seçimdir. Ümid edirəm ki, komandalar onun inkişafını görər və “bəlkə də səhv etdik, ona daha bir şans verməliyik” deyərlər. Məncə, Şumaxer soyadı onun üçün problemdir”.
Şərh əlavə et