Kokpit.az bildirir ki, Toyota 2017-ci ildə WRC-yə qayıtdıqdan sonra ənənəvi qırmızı-ağ rənglərdə yarışırdı. Lakin yaponlar 2024-cü ildə mat qara rəngə keçid etmək qərarına gəliblər. Məşhur avtomobil istehsalçısı WEC-də yarışacağı maşında da mat qara rəngdən istifadə edəcək.
Toyota-nın prezidenti Akio Toyoda: “Maşınımız Yaponiyanı təmsil etdiyi üçün qırmızı-ağ idi, ancaq bu rəngdə maşınlar çoxdur. Buna görə də dəyişiklik etmək istədik”.
Toyota komandası daha əvvəl gələn mövsüm də sürücü heyətini dəyişməyəcəyini bildirmişdi. Lakin ikiqat Dünya Çempionu Kalle Rovanpera 2024-cü ildə yarım mövsüm yarışacaq və üçüncü maşını Sebastien Ojye ilə bölüşəcək.
Bu il ikinci yeri tutmuş Elfin Evans isə Talamoto Katsuta ilə tam mövsüm mübarizə aparacaqlar.
Qeyd edək ki, GR Yaris builki 13 rallinin 9-da qalib gəlmişdi və növbəti mövsümdəki əsas hədəf maşını daha da təkmilləşdirməkdir.
Toyota-nın texniki direktoru Tom Fouler isə bunları deyib: “Məncə, çox yaxşı vəziyyətdəyik. Zəif tərəfimiz yoxdur, amma bəzi şeyləri təkmilləşdirmək istəyirik”.
Toyota-nın rəqibləri Hyundai və M-Sport Ford yeni ralli maşınlarını 2024-cü ilin əvvəlində təqdim edəcəklər.
Şərh əlavə et