Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Sürücü Akademiyası bəzi pilotlarla yolları ayırıb

Ferrari 2024-cü il üçün akademiya sürücülərini açıqlayıb və yeni siyahıda Şarl Leklerin kiçik qardaşı Artur Lekler yoxdur.

Kokpit.az bildirir ki, 2023-cü ildə BƏƏ Formula4 seriyasının qalibi olmuş və 2023-cü ildə akademiyaya yeganə birinciliyi gətirmiş Ceyms Varton da proqramdan ayrılıb. 23 yaşlı Artr Lekler isə akademiyadan ayrılsa da, yenə də Ferrari-nin tərkibində qalacaq.

Bundan başqa uzun illərdir Ferrari-də yarış mühəndisi olan Cok Klia növbəti mövsüm Sürücü Akademiyasının başına keçəcək və Marko Matassanı əvəz edəcək.

Artur Lekler 2023-cü ildə Formula2-də 15-ci olduqdan sonra italyanlar onunla bağlı yekun qərar verilib. Geridə qalan mövsümdə sadəcə 1 podiumu olan monakolu sürücünün Scuderia yarış ailəsində qalacaq.

Beləliklə, 2024-cü ildə Ferrari-nin Sürücü Akademiyasında Oliver Birman (Formula2), Dino Beqanoviç (Formula3), Rafael Kamara və Tuukka Taponen (Formula Regional) olacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et