İyun ayında 777 hypercar haqqında ilkin təfərrüatlar açıqlananda onun mühərrikinin 730 at gücü hasil edəcəyi bildirilsə də, indi avtomobil ondan 789 at gücü alır.
Xatırladaq ki, 777 hypercar Dallara mühəndisləri ilə birgə dizayn edilib və onun kapotunun altında dözümlülük yarışlarında fəal şəkildə istifadə olunan 4,5 litrlik Gibson V8 mühərriki var. Avtomobil yeddi nüsxədə istehsal olunacaq, sahibinə yarış idman prototiplərinin dinamikasını və sürətini yaşamağa imkan verəcək. Qeyd edilir ki, avtomobilin mümkün olan minimum çəkisini təmin etmək üçün hibrid komponenti olmayacaq, lakin sintetik yanacaq hesabına karbon qazı emissiyaları 65% azalıb.
Hiperkarın sürət xarakteristikası barədə məlumat verilmir, lakin yaradıcılar söz verirlər ki, o, Monza trasında dövrəni 1 dəqiqə, 33 saniyədə tamamlaya biləcəklər. Qeyd edək ki, bu il əfsanəvi trasda baş tutan 6 saatlıq dözümlülük yarışında poulu qazanan Toyota Gazoo Racing ekipajının nəticəsi 1:35.358 olub.
Maşının çəkisi cəmi 900 kq-dır. Maksimal sürət göstəricisi olan 370 km/saat sürətdə asfalta saldığı çəki isə 2100 kq-dır. Limitli sayda istehsal ediləcək 777 hypercar-ın qiyməti təbii ki, kifayət qədər bahadır – 7 milyon avro! Ona sahib olmaq üçün isə 2025-ci ilə qədər gözləmək lazım gələcək.
Şərh əlavə et