Kokpit.az bildirir ki, Mixael Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən yıxılmış və ciddi formada yaralanmışdı. O vaxtdan almaniyalı əfsanə barədə heç bir dəqiq xəbər verilmir və onu yalnız ailəsi və yaxln dostları görə bilir.
Vili Veber: “10 il əvvəl qəzadan dərhal sonra onu xəstəxanada ziyarət etmədiyim üçün peşmanam. Buna görə həmişə özümü günahlandırıram. Mixaeli xəstəxanada ziyarət etməli idim. Qəzadan sonra demək olar ki, it kimi yas tutdum. Düşündüyünüz kimi bu xəbər məni çox sarsdı.
Bundan başqa Korinnanın daha çox təmasa icazə verməməsi də məni məyus etdi. Lakin bir müddətdən sonra anladım ki, Mixaeldən emosional olaraq qopmalıyam.
Heyif ki, onu yenidən görməyə ümidim qalmadı. On il keçməsinə baxmayaraq, hələ də müsbət xəbər yoxdur”.
Vili Vebber düşünür ki, Mixael Şumaxerin olmaması Mik Şumaxerin də karyerasına mənfi təsir göstərib: “Məncə, Mixael istəyirdi ki, oğlunu Formula1-ə gətirsin və mənim onu idarə etdiyim kimi o da oğlunu idarə etsin. Əgər Mikin yanında olsaydı, Haas komandasının rəhbəri onunla pis rəftar etməzdi. Mik başqa komandada ikinci fürsət qazana bilərdi.
İndi isə Le Manda yarışacaq və o vaxtlar atasının etdiyi kimi buna uyğunlaşmalıdır. Bu, Formula1 maşını deyil. Mixaelin İsveçrə saatı kimi sürdüyü Formula3 maşını ilə döngəyə girə bilməzsiniz. Bu digər şeylərə oxşamır. Buna görə də Mixael avtoidmanda ən sürətli sürücü olmasa da, gələcək üçün çox şey öyrənmişdi. Daha sonra bunun effektini gördük. Mikə də eynisini arzulayıram”.
Şərh əlavə et