Kokpit.az bildirir ki, bu il təqvimdə 24 yarış gözlənilsə də, Çin və Emiliya Romanya Qran Priləri müxtəlif səbəblərə görə ləğv olunmuşdu.
Lakin Formula1 rəhbərliyi 2024-cü il üçün 24 yarışlıq təqvim hazırlayıb və belə görünür ki, bu dəfə rekord qırılacaq.
Əslində komandalar bu il çox çətinlik çəkmişdilər. Buna görə də 2024-cü ilin daha çətin olacağı gözlənilir.
Serxio Peres: “Mövsümün sonu davamlı uçuşlara görə çox gərgin keçdi. Sözün açığı, təqvimdəki yarış sayı sürücülər və mexaniklər üçün son həddə çatmışdı.
Təqvim daha əlverişli olmalıdır. Gərək insanlar da düşünülsün. Mən mexaniklərimə görə çox narahatam. Yarış sayı çox olsun deyə necə gəldi təqvimi böyütməyin əleyhinəyəm. Burada keyfiyyət kəmiyyətdən daha vacibdir”.
Şərh əlavə et