Daniel Rikkardo: “Bu ilyarışacağım təsəvvür etmirdim. Formula 1-ə qayıtdığım və yenidən yarışdığım üçün çox şadam. Düşünürəm ki, bu, tətilə getmək istəmədiyim ilk mövsümlərarası fasilədir. Davam etmək istədim, baxmayaraq ki, qısa bir fasilə və gələn ilə hazırlıq düşüncəsi də olduqca xoşdur.
Yarışdan kənar fəaliyyətlərimi azaltdım. Təbii ki, başqa maraqlarım da var, amma onların çoxunu minimuma endirmişəm. Hazırda əsas prioritetim yarışdır. Təqvimi və gərgin qrafiki nəzərə alaraq bütün boş vaxtlarımı idman zalında keçirməyə çalışdım. Həyatda sevdiyin işlə məşğul olmaq vacibdir. Ancaq bütün ömrün boyu bunu edəndə və irəlidə olanda hər şey əladır, amma çətinliklər yarananda özünə inam azalır. Özünüzə suallar verməyə, bu idman növünü hələ də sevdiyinizə şübhə etməyə başlayırsınız. Hazırlığınız da əziyyətə dönməyə başlayır – motivasiyanız olmur.
McLaren ilə ayrıldıqdan sonra fasilə zamanı bu idmanı nə qədər çox sevdiyimi, nə qədər darıxdığımı anladım. Tezliklə yeni perspektivlər yarandı və mövsümün ikinci yarısından nə qədər həzz aldığımı izah edə bilmirəm. Bu altı ay hər şeyi dəyişdi. Qəzaya və qolumun qırılmasına baxmayaraq, mövsümü müsbət qiymətləndirirəm. Bu sınığı problem hesab etməməyim çox şey deyir. Bəziləri dedi ki, “bəlkə Daniel sadəcə təslim olmalıdır, bəlkə bu, onun təqaüdə çıxması üçün işarədir.” Amma heç vaxt belə düşünməmişəm. Əksinə, arxa hissəmə bir qədər əziyyət vermək istəyi motivasiyamı daha da artırdı”.
Şərh əlavə et