“McLaren GTS dinamika və performansın incəlik və praktikliyin misilsiz birləşməsidir. Əsl superkar sürmək təcrübəsi istəyirsinizsə, GTS onu sizə verir. Əgər siz uzun, rahat bir səyahətə çıxmaq istəyirsinizsə, GTS mükəmməl yoldaşdır”, – deyə McLaren Automotive-in baş icraçı direktoru Maykl Leyters bildirib.
Avtomobil karbon lifli monokok ətrafında qurulub. GTS 635 at gücü hasil edən 4,0 litrlik tvin-turbo V8 mühərriki ilə təchiz edilib ki, bu da McLaren GT-nin güc qurğusundan 15 at gücü daha çoxdur. Eyni zamanda, yeni məhsul sələfindən 10 kiloqram yüngüldür – çəkisi 1520 kiloqramdır. Bunun sayəsində GTS hər ton çəkiyə 418 at gücünə malikdir.
Avtomobilin maksimal sürəti barədə məlumat verilmir, lakin məlumdur ki, o, 100 km/saata 3,2 saniyəyə sürətlənir, 200 km/saat həddinə isə 8,9 saniyəyə çatır. Bildirilir ki, tədarüklər 2024-cü ildə başlayacaq, lakin qiyməti hələ açıqlamayıb. GT üzərindəki çoxsaylı təkmilləşdirmələri nəzərə alsaq, düşünürük ki, siz onu hər cür arzuolunan seçimlərlə fərdiləşdirməyə başladıqdan sonra qiym’ti 210.000 dollardan xeyli yuxarı qalxacaq…
Şərh əlavə et