Kokpit.az xatırladır ki, Haas 2021-ci ildə iki debütant ilə – Mik Şumaxer və Nikita Mazepin – mövsümə başlamış və həmin mövsüm xal toplaya bilməmişdilər.
Lakin 2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməsinə görə Nikita Mazepin komandadan göndərilmişdi. Mik Şumaxerin isə müqaviləsi 2022-ci ilin sonunda uzadılmamışdı.
Bundan sonra Mik Şumaxer bildirmişdi ki, gənc sürücülərə yetəri qədər şans verilmir.
Lakin Günterin buna cavabı gecikməyib: “Yetərli nə deməkdir? Test etmək istəmirik, çünki trasda bolidləri test etmək bizə baha başa gəlir.
Məncə, indi bu sürücülərin əksəriyyəti köhnə maşınlarla yarışırlar və bu köhnə maşınlar olduqca sürətlidirlər. Məncə, istehsalçılar gənc sürücülərə belə təcrübə qazandıra bilərlər. Yəni ki, əllərində fürsət var.
Bundan başqa birinci sərbəst yürüşlər var, amma sürücülər Formula1-i öyrənmək üçün daha çox şans istəyəcəklər. Vəziyyət belədir. İkiyaşlı bolidləri sürməyə razı olsalar, məncə problem yaranmaz”.
Şərh əlavə et