Xəbəri Kokpitdə Oxuyun!

F1-də 2026-cı ildə dördüncü reqlament peyda olacaq

Hazırda Formula 1-də üç reqlament var – texniki, maliyyə və idman. 2026-cı ildə dördüncüsü meydana çıxacaq – ətraf mühitlə bağlı reqlament təsdiq ediləcək və komandalar buna əməl etməlidirlər.

FIA-nın təkoturacaqlı maşınların yarış seriyalarının direktoru Nikolas Tombasis deyib: “Reqlament 4-ün tətbiqi Formula 1-in 2030-cu ilə qədər karbon neytrallığına nail olmaq kimi orta və uzunmüddətli hədəflərinə doğru ilk addımları atmaq məqsədi daşıyır. Aydındır ki, biz 2026-cı ilə qədər tam neytrallığa çatmayacağıq, lakin illər ərzində komandalara tədricən məhdudiyyətlər qoyacağımız təməl yaratmağa sadiqik. Biz artıq komandalarla bir neçə görüş keçirmişik və ən yaxşı strategiyanı hazırlamaq üçün vaxtaşırı FIA, FOM və komandalar arasında belə görüşlər keçirəcəyik.

Bu məqsədlərə çatmaq üçün qaydalara ehtiyacımız var, bunun komandalardan X, Y və Z tapşırıqlarını könüllü olaraq yerinə yetirmələrini istəmək qədər sadə ola biləcəyini düşünmürük. Biz bu adamların nə qədər rəqabətədavamlı olduqlarını bilirik. Əgər onların işini təhlükə altına qoyan və könüllü olaraq edilən bir şey varsa, onlar mütləq bunu etməyəcəklər. Ona görə də qaydalara ehtiyac var.

Hazırda biz onun necə və hansı formada qəbul ediləcəyini, CO2 emissiyalarını məhdudlaşdıracağımızı və ya xüsusi fəaliyyətlərə, istifadə olunan materiallara, yarışlara gedən insanların sayına və s. bir sıra məhdudiyyətlərin olub-olmayacağını müzakirə edirik. Başa düşüləndir ki, bu, hamımız kimi mübarizədə bərkimiz motor idmanı həvəskarlarına xitab etməyəcək, lakin idmanın gələcəyi üçün mütləq zərurətdir. Biz bunu etməliyik, bizim məsuliyyətimizdir. İlk belə reqlament 2026-cı ildə meydana çıxacaq, 2030-cu ildə isə məhdudiyyətlər daha da genişlənəcək”.

Elçin Zodorov

Şərh əlavə et