Kokpit.az xatırladır ki, Ferrari komandası 2023-cü ildə gözləntiləri qarşılaya bilməmiş və mövsümü 1 qələbə ilə üçüncü yerdə bitirmişdi. Onlar mövsümü çempion kimi qapadan Red Bull-dan yarıdan da az xal toplayıblar.
Ferrari 2023-cü ildə vahid dövrədə güclü olub, 7 poul qazansa da, yarış tempində geridə qalıb. Bundan başqa Ferrari-nin arxa tərəfində balans pis olduğu üçün komanda keçənilki bolidi öndən sürüşməyə sazlamışdı. Bu da Şarl Leklerə zərər verib.
Karlos Sayns: “Tesrlərə qədər gözləməliyik. İnkişaf edib-etdiyimizi bilmək çətindir. Bolid simulyatorda çox fərqli davranır. Lakin maşına 100 kiloqram yanacaq və işlənmiş təkər qoymasaq, onun necə davrandığını, yarış tempinə necə təsir etdiyini görə bilməyəcəyik. Bunu ancaq Bəhreyndəki testdə öyrənə bilərik. Aerodinamik boruda bolidə performans qata və onu daha da yaxşı vəziyyətə gətirə bilərik”.
Şərh əlavə et