Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər Həmiltonun şanslarını dəyərləndirib

Qış fasiləsi ərəfəsində bukmeyker kontorları Mercedes pilotlarının növbəti mövsümdə çempionluq şanslarını qiymətləndirib.

Kokpit.az xəbər verir ki, Britaniyanın My Betting Edge portalı bukmeker kontorlarında əmsallar üzrə araşdırma apararaq Mercedes sürücüləri Lyuis Həmilton və Corc Rassellin titulu qazanma ehtimalını faizlə qiymətləndirib.

Hesablamalara görə, Formula 1-in yeddiqat çempionu Lyuis Həmiltonun səkkizinci dəfə çempion olmaq şansı 28 faizdir. Onun komanda yoldaşı Rasselin çempionluq şansı isə ondan 4 dəfə az – cəmi 7% qiymətləndirilir.

Xatırladaq ki, Həmilton son çempionluğunu 2020-ci ildə əldə edib. Növbəti üç mövsümdə Red Bull təmsilçisi Maks Ferstappen titulun sahibi olub. Həmilton son qələbəsini iki ildən çox əvvəl Səudiyyə Ərəbistanında 2021-ci il mövsümünün sonunda qazanmışdı.

Komandanın aktivində son iki ildə cəmi bir qələbə var ki, onu da keçən il Braziliyada Corc qazanıb…

Elçin Zodorov

Şərh əlavə et