Xəbəri Kokpitdə Oxuyun!

J.Todt: Şumaxeri tez-tez görürəm

Mixael Şumaxerin yaxın dostu Jan Todt bildirib ki, əfsanəvi sürücünü tez-tez görməyə gedir.

Kokpit.az xatırladır ki, almaniyalı əfsanəvi sürücü 2013-cü ilin dekabrında xizək qəzası edərək, xəstəxanaya düşmüşdü. Bundan sonra yeddiqat Dünya Çempionunun səhhəti barədə dəqiq məlumat verilmir. Mixael barədə çox dedi-qodu olsa da, bu barədə nə ailəsi nə də onu görməyə gedən dostları danışır.

Bir dövrlər Mixael Şumaxerin komanda rəhbəri işləmiş Jan Todt isə bildirib ki, yaxın dostunu hələ də ziyarət edir: “Mixael mənim dostumdur və onu ailəmin bir hissəsi kimi görürəm. Onu davamlı ziyarət edirəm. Keçmişdə bir yerdə televizordan yarışlara baxırdıq.

Onun səhhəti barədə bir söz deməyəcəm. Bu özəl məsələdir. Bir onu deyə bilərəm ki, Mixaelin ailəsini çox sevirəm. Onların şəxsi məsələlərinə hörmət etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et