Kokpit.az bildirir ki, yeni maşın fevralın 13-də, yeni mövsümün başlamasına 2 həftə qalmış Mranelloda nümayiş etdiriləcək. Maşının adı isə hələ açıqlanmayıb.
Frederik Vassyör: “Təqdimat Sevgililər Günündən bir gün əvvəl, fevralın 13-də baş tutacaq. Qalan hər şeyi ayın 13-də biləcəksiniz”.
Xatırladaq ki, Ferrari uzun illərdir ki, uğura həsrətdir və hər mövsümün əvvəlinə yeni ümidlə başlayır. Görək, çempionatın 75-ci ilində komandanın üzü güləcək?..
Şərh əlavə et