Kokpit.az xatırladır ki, Alfa Romeo titul sponsorluğundan ayrıldıqdan sonra Sauber komandası növbəti iki mövsüm üçün ad axtarışına çıxmışdı.
Qeyd edək ki, Alfa Romeo 2019-cu ildən bəri Sauber komandasının titul sponsoru idi və adda Sauber Motorsport-a yer verilmirdi. Ancaq Audi-nin Sauber Qrupu satın almasından sonra Alfa Romeo-nun burada qalmadı mümkünsüz hala gəlmiş və tərəflər müqaviləni yeniləməmişdilər. Buna görə də İsveçrə komandası 2026-cı ildə Audi ilə yarışmağa başlamamışdan əvvəl yenidən Sauber adı ilə çıxış edəcək. Onlayn qumar şirkəti isə komandanın titul sponsoru olmağa davam edəcək. Yayım şirkəti Kick.com isə yeni tərəfdaş olacaq. Kick-in adı komandanın şassısınə veriləcək. Beləliklə, Sauber-in 2024-cü il bolidi Kick Sauber C44 olacaq.
Beləliklə, 2024-cü ildə komandanın adı Stake F1 Team Kick Sauber, şassinin adı isə Kick Sauber C44 olacaq. İsveçrə təmsilçisi Stake və Kick ilə bu ilin əvvəlində müqavilə bağlamışdı. Belçika və Qətərdə Kick.com-un loqotipləri ön plana çıxmışdı. Hətta Spa-da xüsusi rəng çaları seçilmişdi. Yeni müqaviləyə əsasən Sauber 2024-cü ildə bəzi yarışlarda Kick Formula 1 Team Sauber olaraq yarışacaq.
Şərh əlavə et