Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Sauber yeni adını təqdim edib

Alfa Romeo komandası növbəti mövsümdən etibarən Stake F1 Team Kick Sauber adı ilə yarışacaq və şassinin adı Kick Sauber olacaq.

Kokpit.az xatırladır ki, Alfa Romeo titul sponsorluğundan ayrıldıqdan sonra Sauber komandası növbəti iki mövsüm üçün ad axtarışına çıxmışdı.

Qeyd edək ki, Alfa Romeo 2019-cu ildən bəri Sauber komandasının titul sponsoru idi və adda Sauber Motorsport-a yer verilmirdi. Ancaq Audi-nin Sauber Qrupu satın almasından sonra Alfa Romeo-nun burada qalmadı mümkünsüz hala gəlmiş və tərəflər müqaviləni yeniləməmişdilər. Buna görə də İsveçrə komandası 2026-cı ildə Audi ilə yarışmağa başlamamışdan əvvəl yenidən Sauber adı ilə çıxış edəcək. Onlayn qumar şirkəti isə komandanın titul sponsoru olmağa davam edəcək. Yayım şirkəti Kick.com isə  yeni tərəfdaş olacaq. Kick-in adı komandanın şassısınə veriləcək. Beləliklə, Sauber-in 2024-cü il bolidi Kick Sauber C44 olacaq.

Beləliklə, 2024-cü ildə komandanın adı Stake F1 Team Kick Sauber, şassinin adı isə Kick Sauber C44 olacaq. İsveçrə təmsilçisi Stake və Kick ilə bu ilin əvvəlində müqavilə bağlamışdı. Belçika və Qətərdə Kick.com-un loqotipləri ön plana çıxmışdı. Hətta Spa-da xüsusi rəng çaları seçilmişdi. Yeni müqaviləyə əsasən Sauber 2024-cü ildə bəzi yarışlarda Kick Formula 1 Team Sauber olaraq yarışacaq.

Rauf Hacıyev

Şərh əlavə et