Xəbəri Kokpitdə Oxuyun!

Həmiltonun Ferrari rəhbərliyi ilə dostluq münasibəti var

Lyuis Həmiltonun Mercedes ilə müqaviləsi 2025-ci ilin sonuna qədərdir və yeddiqat dünya çempionu bunun sonuna qədər komandada qalmaq niyyətindədir.

Kokpit.az bildirir ki, bununla belə, Lyuis Ferrari rəhbərliyi ilə yaxşı münasibətdə olduğunu gizlətmir. Xüsusilə prezident Con Elkann və Formula 1 komandasının lideri Frederik Vasyörlə. Yeddiqat dünya çempionu Racingnews365 saytına bu barədə danışıb.

Lyuis Həmilton: “Mən Conu yaxşı tanıyıram. Biz onunla uzun illər əvvəl Siciliyadakı Google kampusunda tanış olmuşuq. O zaman biz dost olduq və o vaxtdan bəri əlaqə saxlayırıq. Frederiki də 2005-ci ildən tanıyıram. Bizim həmişə yaxşı münasibətimiz olub və o, Formula 1-də işə başlayandan bəri daha çox əlaqə saxlayırıq.

Təbii ki, mən Formula 1-də yarışmağa başlayanda o Formula 2-də idi və əlaqəmiz daha az olurdu. Lakin F1-ə keçidindən sonra onunla və Toto ilə yarışlara getməyə başladıq. Vəziyyətin reallığı budur”.

Xatırladaq ki, aylar əvvəl Lyuisin Ferrari-yə keçə biləcəyi, şəxsən Con Elkannın bunda maraqlı olması barədə şayiələr yayılmışdı. Hətta italyanların britaniyalıya təklif etdiyi məbləğ barədə də yazılmışdı – illik 50 milyon dollar…

Elçin Zodorov

Şərh əlavə et