Kokpit.az bildirir ki, bununla belə, Lyuis Ferrari rəhbərliyi ilə yaxşı münasibətdə olduğunu gizlətmir. Xüsusilə prezident Con Elkann və Formula 1 komandasının lideri Frederik Vasyörlə. Yeddiqat dünya çempionu Racingnews365 saytına bu barədə danışıb.
Lyuis Həmilton: “Mən Conu yaxşı tanıyıram. Biz onunla uzun illər əvvəl Siciliyadakı Google kampusunda tanış olmuşuq. O zaman biz dost olduq və o vaxtdan bəri əlaqə saxlayırıq. Frederiki də 2005-ci ildən tanıyıram. Bizim həmişə yaxşı münasibətimiz olub və o, Formula 1-də işə başlayandan bəri daha çox əlaqə saxlayırıq.
Təbii ki, mən Formula 1-də yarışmağa başlayanda o Formula 2-də idi və əlaqəmiz daha az olurdu. Lakin F1-ə keçidindən sonra onunla və Toto ilə yarışlara getməyə başladıq. Vəziyyətin reallığı budur”.
Xatırladaq ki, aylar əvvəl Lyuisin Ferrari-yə keçə biləcəyi, şəxsən Con Elkannın bunda maraqlı olması barədə şayiələr yayılmışdı. Hətta italyanların britaniyalıya təklif etdiyi məbləğ barədə də yazılmışdı – illik 50 milyon dollar…
Şərh əlavə et