Kokpit.az xatırladır ki, Formula1-də qış tətili rəsmi olaraq başlasa da, komandalar bazalarında 2024-cü ilin maşını üzərində qarışqa kimi işləməyə davam edirlər, çünki fevral ayından etibarən komandaların yeni bolidlərini təqdim etməsi gözlənilir.
Düzdür, təqdimat tarixini hələ də açıqlayan komanda yoxdur, amma Britaniya mətbuatının xəbərinə görə Ferrari komandası yeni bolidini fevral ayının ortasında təqdim edəcək. Adı məlum olmayan Ferrari-nin 13 fevralda tanıdılması gözlənilir. Bu tarix 15 fevral da ola bilər. “Qırmızılar”ın 2024-cü il maşınının adı isə hələ də məlum deyil.
Şərh əlavə et