Kokpit.az xatırladır ki, Aston Martin idmana qayıtdıqdan sonra Cognizant ilə işləyirdi. Bu brend komandanın titul sponsoru sayılırdı.
Daha sonra Aramco da Aston Martin-in tərəfdaşlarından biri olmuş və komandanın adına neft şirkətinin adına əlavə olunmuşdu. Lakin Cognizant ilin sonunda Aston Martin-in titul sponsorluğundan ayrılacağını bildirdikdən sonra “yaşıllar” Aramco ilə tərəfdaşlığı genişləndirmək üçün danışıqlara başlamışdılar. Beləliklə, danışıqlar müsbət nəticələnib və tərəflər beşillik yeni müqavilə imzalayıblar.
Yeni mövsümdən etibarən komandanın adı Aston Martin Aramco Formula 1 Team olacaq. Neft şirkətinin loqotipləri bolidin üstündə və komanda geyimlərində olacaq. Bundan başqa Aramco şirkəti komandanı yağ və müxtəlif məhsullarla təmin edəcək.
Aston Martin komandasının sahibi Lourens Stroll: “Aramco ilə güclü ortaqlığımızı daha da gücləndirərək davam etdirəcəyimiz üçün çox qürurluyuq. Hal-hazırda strateji münasibətimiz var. Növbəti beş ildə bizi titul sponsorumuz olmaları ortaq hədəflərimizi reallaşdırmağa kömək edəcək”.
Şərh əlavə et