Xəbəri Kokpitdə Oxuyun!

Mercedes: Həmilton kuboku heç kimə bağışlamayıb

Bakıda keçirilən FİA-nın mükafatlandırma mərasimindən sonra qəribə hadisə baş verib, buna görə Mercedes komandası üçün açıqlama verməli olub.

Məsələ burasındadır ki, Lyuis Həmiltona verilən dünya üçüncülüyü kubokunun şənbə günü masa üzərində şəkli yayılıb və bu barədə mətbuatda belə yazılar gedib: “Deyirlər Lyuis Həmilton dünən gecə FİA-nın mükafatlandırma mərasimindən sonra kubokunu götürməyərək böyük yüksək səs-küy yaratdı və bununla da federasiyanın hərəkətlərindən narazılığını bildirdi”.

Kokpit.az bildirir ki, digər versiya da yeddiqat dünya şempionunun kuboku yerli azarkeşlərdən birinə hədiyyə etməsidir. Ən azından bir həmyerlimiz sosial şəbəkədəki hesabında kubokun onun evində olduğunu və məhz Lyuisdən hədiyyə aldığını bildirib.

Lakin Mercedes komandası bütün bu ehtimalları rədd edib. RacingNews365-in komanda rəsmisinə istinadən yazdığına görə, hədiyyədən söhbət gedə bilməz və kubok komandaya veriləcək. Federasiya hazırda bununla məşğul olur və yazılanların sadəcə fərziyyə olduğunu demək olar.

Qeyd edək ki, bu söz-söhbətlərin yaranma səbəblərindən biri də FİA-nın Toto-Syuzi Volff cütlüyünə qarşı başlatdığı araşdırmalardır ki, Həmilton da Bakıda buna görə federasiyanı açıqca tənqid etmişdi…

Elçin Zodorov

Şərh əlavə et