Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Ferstappen də səhv edəcək

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Maks Ferstappen təzyiq görsə, səhvlər edəcək.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü 2022-ci ildə 15, 2023-cü ildə isə 19 qələbə qazanıb. O, 2023-cü il mövsümündə 22 yarışın 21-də podiuma yüksəlib.

Frederik Vassyör: “Heç şübhə yoxdur ki, inanılmaz mövsüm keçirdi. İlk iki-üç yarışda Çeko ilə yarışsa da, sonradan başqa səviyyədə idi. Bütün mövsüm ərzində heç səhv etmədi. Ciddədə mexaniki problem yaşadı və sıralanma turunda geridə qaldı. Daha sonra əla idi və heç təmas yaşamadan yaxşı startlar aldı. Tək problem Veqas yarışı idi.

Amma deyəsən ona bir az yaxınlaşırıq. Onu təzyiq altına almağa başlayırıq deyə bilmərəm, çünki bu doğru deyil. Əbu Dabidə çox rahat idi. Ancaq Zandfort və inanılmaz keçən digər yarışlara nisbətən daha çox təzyiq hiss etdi.

Bütüm mövsüm ərzində hegemon performans göstərdi. Buna heç bir şübhə yoxdur. Məncə, o da hamı kimi təzyiq altında qalanda səhvlər edəcək. Ancaq bu mövsüm son iki-üç yarışda bizdən başqa ya da Sinqapurda Karlos Saynsdan başqa heç kim onu təzyiqdə saxlaya bilmədi. Orada bəzi səhvlər etməyə başladı. Ya da Red Bull sazlanma taparkən səhvlər buraxdı. Amma onlara təzyiq göstərmək üçün çox geridəyik”.

Rauf Hacıyev

Şərh əlavə et