Kokpit.az xatırladır ki, Formula1-də 9-cu mövsümünü keçirən Maks Ferstappen 3 dəfə Dünya Çempionu, 2 dəfə isə üçüncü yeri tutub. Onun aktivində 54 qələbə, 98 podium, 32 poul və 29 sürətli dövrə var. O, indidən əksər rekordları qırıb.
Maksın Red Bull komandası ilə 2028-ci ilin sonuna qədər müqaviləsi var. Lakin onun adı bəzən Ferrari ilə hallanır.
Maks Ferstappen: “Ferrari-nin bu idmanda inanılmaz keçmişi var və onlarla mübarizə aparmaq gözəldir. İndiki müqaviləm başa çatanda 31 yaşım olacaq və hələ də yaxşı işlər görə bilərəm”.
Maks uzun illər Formula1-də yarışmaqdansa, başqa seriyaları da sınamaq istəyir: “Daha çox yarışacam, amma Formula1-də yox. Valentino Rossi kimi etmək gözəl olardı. Onun GT yarışlarını görəndə sevinirəm. Oraya öz maşınınızla qatılırsınız və çox maraqlıdır.
MotoGP-də əlindən gələn hər şeyi etdi. Çox dəlisov karyerası var. İndi həm əylənir, həm də çox işləyərək, yenidən qalib gəlmək istəyir. Gələcəkdə mən də ona oxşar işlər görə bilərəm”.
Şərh əlavə et