Kokpit.az xatırladır ki, Maks Ferstappen Əbu Dabi yarışını ən yaxın rəqibi Şarl Leklerə 18 saniyə fərq ataraq qazanmışdı. Bu, niderlandlı sürücünün mövsümdəli 19-cu qələbəsi idi. Lyuis Həmilton isə yarış qalibindən 26 saniyə geridə qalaraq, 9-cu yeri tutub.
Bu yarışdan sonra Lyuis Həmilton narazı görünüb və bu açıqlamaları verib:
“Çempionatı ikinci bitirdiyimiz üçün elə də məmnun deyiləm. Bu ildən çıxara biləcəyimiz çox şey yoxdur. Sadəcə həyatda qalmağa çalışdım. Sadəcə bu qədər.
Gələn il necə olacaq heç bilmirəm. Red Bull-un 17 saniyə fərqlə qazanması və avqustdan maşınları üzərində işləmələri narahat edir. Builki maşın barədə çox şey öyrəndik və qalanı komandadan asılıdır. Nə edəcəklərini bilirlər. Görək nə edirik”.
Lakin Sky F1-in şərhçisi Deymon Hill düşünür ki, Mercedes komandası bu mövsümdən dərslər çıxarıb: “Bu, Həmilton üçün uzun və çətin mövsüm idi. Əminəm ki, özünə gələcək. Amma əsil narahatedici məqam jurnalistin ondan ümidi olub-olmadığını soruşması idi. Bu mövzuda heç də nikbin görünmürdü.
Lakin mən əminəm ki, Mercedes komandası geri dönəcək. Son iki mövsümdən bir şey öyrənərlər. Ancaq belə halda yönlərini dəyişə bilərlər.
Original konseptlərində qalmaqları komandada bir çox dəyişikliyə motivasiya yaratdı. Bu hal onları dəyişməyə və fərqli düşünməyə vadar etdi. Buna görə də əminəm ki, 2024-cü il maşını buikinə heç bənzəməyəcək”.
Qeyd edək ki, Mercedes komandası bu mövsümün ortasında zeropod konseptindən imtina edərək, Red Bull-un dizaynına keçmişdi.
Şərh əlavə et