Sınaq zamanı, avtomobil sanki əsl heyvanla qarşılaşırcasına zolağı qəflətən dəyişdirməli, qonşu zolağa keçərək yenidən öz zolağına qayıtmalıdır.
Qəribədir ki, Bavariya krossoveri bu manevri saatda 77 km/saat sürətilə yerinə yetirə bilməyib, üstəlik, alman avtomobilinin ekstremal vəziyyətdəki davranışı mütəxəssisləri məyus edib.
Jurnalistlərin ixtiyarına 48-voltluq startyor-generatoru, 8-pilləli avtomatik transmissiyası və 298 at qüvvəli dizel mühərriki ilə təchiz edilmiş xDrive30d versiyasında olan BMW X5 modeli verilib. Bu, alman krossoverinin heç də ən güclü və ya ən idman versiyası deyil, çünki bu modelin modifikasiya çeşidində artıq “bərkgedən” M versiyası mövcuddur.
Krossover ən yaxşı cəhdində konsulardan ibarət dəhlizdə 72 km/saat sürətində qalmağı bacarıd ki, bu da “sığın testi” üçün keçərli nəticə sayıla bilməz. Mütəxəssislər sükanın çarxının dönməsinə reaksiyaların məqbul olduğunu bildirsələr də, Bavariya modelindən daha dəqiq idarəetməni gözlədiklərini qeyd ediblər.
Autograph.az
Şərh əlavə et