Məlum olub ki, qəzalarla komandasına ən çox zərər vuran sürücülərin reytinqinə ötən mövsümün daha bir debütantı Loqan Sarcent başçılıq edir. Amerikalı sürücünün qəzaları Williams-a dörd milyon ABŞ dollarından daha baha oturub. Komanda üçün ən çox maliyyə itkisinin yaşandığı yarış Hollandiya Qran Prisi olub – Sarcent Zandfortda maşınını iki dəfə qəzaya uğradıb və dəymiş zərər 1.4 milyon dollar olub.
Reytinqdə ikinci yeri Karlos Sayns tutub. İspan sürücünün Las Veqas və Əbu Dabidəki qəzaları Ferrari-yə iki milyon dollara başa gəlib. Monako, Kanada və Belçikada avtomobilə dəyən ziyanlardan sonra aparılan bərpa işləri ümumi xərci 3,6 milyon dollara çatdırıb.
Siyahıda üçüncü vitse-çempion Serxio Peres olub. Ötən mövsüm onun qəzaları Red Bull Racing-ə 3,2 milyon dollara başa gəlib. Ən bahalısı isə Monakoda qəza olub – komanda bərpa işləri üçün 1 milyon dollarından keçməli olub.
Komandaya ən az zərər verən sürücü isə Maks Ferstappen olub – niderlandlının Bakıda Corc Rassellə təmasından sonra yan pantomu zədələnməsi, Silverstounda pit-leyni tərk edərkən ön qanadının sınması və nəhayət, Las Veqas-da yenə Rassellə təmasda yenə ön qanadının zədələnməsinin ümumi xərci yarım milyon dollara çatmayıb.
Tam siyahını təqdim edirik.
Sürücü | Təxmini təmir dəyəri |
Loqan Sarcent | 4 333 000$ |
Karlos Sayns | 3 644 000$ |
Serxio Peres | 3 224 000$ |
Esteban Okon | 2 999 000$ |
Ləns Stroll | 2 834 000$ |
Aleksander Elbon | 2 786 000$ |
Kevin Maqnussen | 2 576 000$ |
Pyer Qasli | 2 426 000$ |
Oskar Piastri | 2 271 000$ |
Şarl Lekler | 1 914 000$ |
Niko Hülkenberq | 1 557 000$ |
Nik de Vriz/Daniel Rikkardo | 1 522 000$ |
Lando Norris | 1 452 000$ |
Yuki Tsunoda | 1 255 000$ |
Quanyu Çjou | 1 207 000$ |
Lyuis Həmilton | 880 000$ |
Fernando Alonso | 830 000$ |
Valtteri Bottas | 700 000$ |
Corc Rassell | 670 000$ |
Maks Ferstappen | 354 000$ |
Şərh əlavə et