Kokpit.az xatırladır ki, almaniyalı sürücü 2021-ci ilin əvvəlində Aston Martin-ə qatılmış və 2022-ci ilin sonunda karyerasını bitirərək, ayrılmışdı.
Sebastyan Fettel komandadan ayrıldıqdan sonra Aston Martin daha yaxşı performans göstərməyə başlayıb. Bu da o deməkdir ki, dördqat Dünya Çempionu əziyyətinin bəhrəsini görməyib.
Tom Makkallof: “Sebastyan Fettel bizə yarış və çempionluqlar qazanmış iki komandanın təcrübəsi ilə gəldi. Uğurun açarı olan xırsalıqları bilirdi. Bizimlə diqqətlə və çox işlədi.
Tez-tez deyirik ki, maşındakı ən yaxşı sensor sürücüdür. Bolidin inkişafında fərqli model maşınlardan, aerodinamik borudan və CFD sistemindən istifadə edirik. Ancaq maşının hansı döngələrdə necə problemlər yaşadığını ancaq o maşını sürən sürücü deyə bilər.
Bu da məlumatları diqqtlə təhlil etməyimizə və inkişaf etməyimizə kömək edir. Heyif ki, bizimlə yarışdığı iki mövsümdə ona yaxşı maşın verə bilmədik, ancaq onun köməkləri ilə irəliyə doğru addımlar atdıq.
Bu inkişafı dada bilmədiyi üçün çox təəssüf keçirirəm. Formula1-də belə hallar olur. Bunu daha əvvəl də gördüm. Rubens Barrikello 2010-2011-ci illərdə Williams komandasında yarışanda əlindəm gələnin ən yaxşısını etmiş və bolidi yaxşılaşdırmaq üçün nə lazım olduğunu bizə demişdi. Bunu etdik və 2012-ci ildə İspaniya yarışını qazandıq. Lakin Rubens komandada yox idi və işinin bəhrəsini görmədi”.
Şərh əlavə et