Finalçılar ən azı beş Avropa ölkəsində satılan və sınaq sürüşü üçün əlçatan olan 28 model arasından seçiliblər. Növbəti səsvermə onların arasındakı ən yaxşı avtomobili müəyyən edəcək. Qalibin adı fevral ayında keçiriləcək Cenevrə avtosalonunda açıqlanacaq.
Qələbə uğrunda mübarizə aparacaq namizədlərin siyahısına bir neçə elektromobil daxildir: Peugeot e-3008, Renault Scenic, Volvo EX30 və Kia EV9. Finalçların arasında bir Çin avtomobili – BYD Seal elektrik sedanı da var.
Ötən il “İlin avtomobili” müsabiqəsinin qalibi amerikan avtomobili olub – Jeep ilk dəfə olaraq ən yaxşı avtomobil kimi tanınıb. Avenger elektrik krossoveri 328 xal toplayaraq Volkswagen ID.Buzz və Nissan Ariya elektrokarlarını geridə qoyub.
Ruslan Musayev
Şərh əlavə et