Xəbəri Kokpitdə Oxuyun!

Gələn ilin ilk 3 yarışının təkərləri məlum olub

Formula 1 mövsümünün başa çatmasından cəmi bir neçə gün keçib və yeni mövsümə hazırlıqlar artıq tam sürətlə davam edir. Pirelli 2024-cü ilin ilk üç mərhələsi – Bəhreyn, Səudiyyə Ərəbistanı və Avstraliya Qran Priləri üçün gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

Kokpit.az bildirir ki, təkər təchizatçısı 2024-cü il üçün slik tərkiblərin sayını beşə endirib və onlar C1-dən C5-ə qədər nömrələnəcəklər. Xatırladaq ki, keçən mövsüm çox sərt olan C0 tərkibi elan edilib, lakin ondan ümumiyyətlə istifadə olunmayıb.

İlk 3 yarışa gətiriləcək tərkiblərə baxdıqda, onların “getdikcə yumşalacağını” görürük – Bəhreyndə C1, C2 və C3, Ciddəyə C2,C3 və C4, Melburna isə ən yumşaq üçlük olan C3, C4 və C5 təkərləri gətiriləcək. Lakin daha əvvəl – fevralın 21-dən 23-ə qədər elə Sahirdə baş tutacaq mövsümöncəsi testlərdə bütün sürücülərin bu yeni təkərləri sınaqdan keçirmək imkanları olacaq.

Qeyd edək ki, bu il ilk dəfə Pirelli-nin Formula1 təkərlərində FSC loqosunu görəcəyik. Bu loqo məhsulun Meşə İdarəetmə Şurası tərəfindən verilmiş sertifikata sahib olduğunu göstərir. Sertifikat plantasiyalarının biomüxtəlifliyi qoruyacaq, yerli icmalara və işçilərə fayda gətirəcək və iqtisadi dayanıqlığı artıracaq şəkildə idarə olunmasını təmin edir.

Qran Pri/Heyətlər C1 C2 C3 C4 C5
Bəhreyn
Səudiyyə Ərəbistanı  –  –
Avstraliya  –

Elçin Zodorov

Şərh əlavə et