Kokpit.az xatırladır ki, Ferrari komandası Mühəndislər Kubokunda ikinci yeri sadəcə 3 xalla əldən verib. Düzdür, “qırmızılar” Sinqapurda Karlos Saynsla qalib gəliblər və bu mövsüm Red Bull komandasını məğlub edən yegabə komanda olublar.
Ancaq Karlos Sayns qətərdə start ala bilsəydi, ya da Şarl Lekler Braziliyada qızdırma dövrəsində divara çırpılmasaydı, Ferrari mövsümü ikinci yerdə bitirə bilərdi.
Frederik Vassyör bildirib ki, itirdikləri xalların siyahısını tutub: “Lekler mövsümün birinci yarışı Bəhreynə 3-cü yerdən başlamışdı, amma mübarizəni dayandırdı və biz mövsümə pis başladıq. Səudiyə Ərəbustanındakı ikinci yarışda isə cəza aldıq. Bu da Şarl Leklerin 25 xal itirməsi demək idi. Üstəlik rəqiblərə qarşı itirdiyimiz xallar var.
Amma sadəcə bu deyil. Beynimdə problemsiz yarışların siyahısını hazırladım. Mövsüm bizim üçün enişli-yoxuşlu oldu. Əlbəttə, əsas rəqiblərimizdən çox xal itirdik, amma növbəti mövsümdə bunun üzərində işləməli və fürsətçi olmalıyıq.
Əgərlərlə danışmaqdan nifrət edirəm. Bazada əgər sözünü istifafə etməyi yasaqlamışam. Bu bizim səhvimiz olduğu üçün bəhanı tapmaq deyil. Elə olmadığını demirik. Özümüzü təkmilləşdirməliyik. Komandada böyük potensial var”.
Şərh əlavə et